UEFA Çempionlar Liqasında pley-off mərhələsinin püşkü atılıb.

Matc.az xəbər verir ki, tədbir bu gün Bakı vaxtı ilə saat 15:00-da İsveçrənin Nyon şəhərində baş tutub.

Püşkatma mərasimində Azərbaycan çempionu "Qarabağ"ın da rəqibi müəyyənləşib. Ağdam təmsilçisinin rəqibi "Nyukasl" olub.

Qeyd edək ki, pley-off mərhələsinin ilk oyunları 17-18 fevral tarixlərində baş tutacaq. Cavab görüşləri isə bir həftə sonra keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest