31 Yanvar 2026, 11:02
FUTBOL
Meksikanın "Monterrey" klubunun hücumçusu German Berterame "İnter Mayami"yə keçib.
Matc.az xəbər verir ki, bu barədə MLS klubunun rəsmi saytı məlumat yayıb.
Transfer 12,6 milyon avroya başa gəlib. Müqavilə 30 iyun 2029-cu ilə qədər nəzərdə tutulub və əlavə 1 il də atırılma imkanı var.
27 yaşlı hücumçu Meksika milli komandasının oyunçusudur və ikili vətəndaşlığa malikdir. O, Argentinada anadan olub.
"Monterrey"ə keçməzdən əvvəl "Atletiko San Luis", "San Lorenzo II" və "Patronato" komandalarında oynayıb.
O, klub səvuyyəsində 273 peşəkar oyun keçirib, 105 qol vurub və 22 məhsuldar ötürmə edib.












