31 Yanvar 2026, 11:40
FUTBOL
"Nottingem Forest" "Mançester Siti"nin qapıçısı Stefan Orteqanın transferi ilə bağlı tam razılığa gəlib.
Matc.az xəbər verir ki, bu barədə məlumatı jurnalist Florian Plettenberq paylaşıb.
Bildirilir ki, 33 yaşlı qapıçı "meşəçilər"lə 5 aylıq müqavilə imzalayacaq. Almaniyalı qapıçı bu gün tibbi müayinədən keçəcək.
Qeyd edək ki, Orteqa "Mançester Siti"yə 2022-ci ilin yayında qoşulub. O, bu mövsüm heç bir oyunda iştirak etməyib. Onun klubla hazırkı müqaviləsi 2026-cı ilin yayına qədərdir. "Transfermarkt" portalında qolkiperin dəyəri 5 milyon avrodur.












