"Milan" yay "transfer pəncərəsi"ndə müdafiəsini gücləndirməyi düşünür və "Atletiko"nun müdafiəçisi Xose Mariya Ximenezlə maraqlandığını bildirib.

Matc.az xəbər verir ki, bu barədə AS məlumat yayıb.

Bildirilir ki, bu, ilkin araşdırmadır və rəsmi danışıqlar aparılmayıb.

Uruqvaylı futbolçunun Madrid klubu ilə 2028-ci ilin iyun ayına qədər müqaviləsi var, lakin 2 il qaldığı üçün onun potensial transferi 30 milyon avrodan az ola bilər. "Milan" bu rəqəmi məqbul hesab edir.

Madrid klubu Ximenezin toxunulmaz olduğunu və qış transferində satmağı düşünmür. 2013-cü ildən bəri klubda oynayan və 370 oyun keçirən oyunçu yalnız yayda transferi müzakirə etməyə hazırdır. O, Madriddən əlverişli şərtlərlə ayrılmaq istəyir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest