25 Yanvar 2026, 10:22
FUTBOL
"Barselona" 16 yaşlı "Norviç Siti"nin cinah oyunçusu Ajay Tavaresi transfer etməyə yaxındır.
Matc.az xəbər verir ki, bu barədə məlumatı Fabrisio Romano paylaşıb.
Alman klublarının güclü marağına baxmayaraq, katalonlar İspaniyaya köçmək istədiyini bildirən gənc oyunçunu razı sala biliblər.
Tavares karyerası ərzində "Norviç Siti"nin 18 yaşadək futbolçulardan ibarət komandasında 18 oyun keçirib və 1 qol vurub.
16 yaşlı cinah oyunçusu həmçinin İngiltərənin gənclər milli komandalarında 15 oyunda iştirak edib və üç 3 vurub.












