Moskva "Dinamo"sunun yarımmüdafiəçisi Denis Makarov Türkiyənin "Kayserispor" klubuna keçir.

Matc.az xəbər verir ki, bu barədə məlumatı futbolçunu təmsil edən agent Aleksey Babir paylaşıb.

Bildirilir ki, Makarov Kayseri klubuna keçməzdən əvvəl bu gün tibbi müayinədən keçəcək.

Qeyd edək ki, 27 yaşlı futbolçu bu mövsüm "Dinamo"da 12 oyun keçirib, 3 qol vurub və 1 məhsuldar ötürmə edib.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest