24 Yanvar 2026, 13:06
FUTBOL
"Atletiko"nun hücumçusu Antuan Qrizmann zədə səbəbindən komandasının qarşıdakı oyunlarını buraxacaq.
Matc.az xəbər verir ki, bu barədə Madrid klubunun mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, fransalı hücumçuya sol budunda problem diaqnozu qoyulub, lakin sağalma müddəti və zədənin xarakteri hələlik məlum deyil.
Qeyd edək ki, bu mövsüm Qrizmann bütün yarışlarda 30 oyun keçirib, 10 qol vurub və 1 məhsuldar ötürmə edib.









_1769250429.jpg)


