"Turan Tovuz" heyətini ingiltərəli hücumçu Coş Cinnelli ilə gücləndirib.

Matc.az xəbər verir ki, bu barədə məlumatı klubun mətbuat xidməti paylaşıb.

Bildirilir ki, "Aston Villa"nın yetirməsi olan futbolçu ilə 1,5 + 1 illik müqavilə bağlanıb.

Son olaraq İngiltərə Çempionşipində mübarizə aparan "Suonsi"nin formasını geyinmiş 28 yaşlı hücumçu, karyerası ərzində vətənində "Şrusberi", "Börnli", "Altrinhem", "Linkoln", "Tranmer", "Uolsol", "Preston", "Bristol Rovers", Şotlandiyada isə "Harts"ın şərəfini qoruyub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest