24 Yanvar 2026, 18:56
FUTBOL
Futzal üzrə Azərbaycan milli komandası bu gün ikinci yoldaşlıq oyunu keçirib.
Matc.az xəbər verir ki, millimiz Bakıda növbəti dəfə Danimarka yığması ilə qarşılaşıb.
Bakı İdman Sarayında təşkil olunan görüş komandamızın 4:2 hesablı qələbəsi ilə yekunlaşıb. Millimizin heyətində qolları Fərid Abbasov (8-ci dəqiqə), Emil Həsənzadə (18), Ədalət Ələkbərov (31) və Rövşən Hüseynli (34) vurublar.
Qeyd edək ki, komandalar arasında yanvarın 22-də keçirilən ilk oyunda Danimarka yığması 4:1 hesablı qələbə qazanıb.












