14 Yanvar 2026, 09:20
FUTBOL
"Lester Siti"nin müdafiəçisi Vaut Fas "Monako"ya keçib.
Matc.az xəbər verir ki, bu barədə Fransa klubunun mətbuat xidməti məlumat yayıb.
"Monako" 27 yaşlı belçikalı futbolçunu 30 iyun 2026-cı ilə qədər almaq hüquqiylə icarəyə götürüb.
Qeyd edək ki, Fas əvvəllər Fransada "Reyms"də oynayıb. Belçikalı müdafiəçi "Lester Siti"yə 2022-ci ilin sentyabrında 17 milyon avroya keçib. O, ümumilikdə ingilis klubunda 135 oyunda meydana çıxıb, 6 qol vurub və 3 məhsuldar ötürmə edib.












