13 Yanvar 2026, 11:36
FUTBOL
"Əl-İttihad"ın yarımmüdafiəçisi N'Qolo Kante karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.
Matc.az xəbərr verir ki, bu barədə jurnalist Matteo Moretto məlumat yayıb.
"Fənərbaxça" fransalı futbolçunu transfer etmək istəyir. İstanbul nəhəngi Səudiyyə Ərəbistanı klubu ilə 6 aylıq müqaviləsi qalan 34 yaşlı dayaq yarımmüdafiəçisini yanvarda heyətinə qatmağa çalışır.
Qeyd edək ki, Fransa millisinin üzvü olan N'Qolo Kante bu mövsüm "Əl-İttihad"ın heyətində keçirdiyi 21 oyunda 1 qol vurub.




_1768305565.jpg)







