13 Yanvar 2026, 13:49
FUTBOL
"Torpedo" SKA-nın (Xabarovsk) yarımmüdafiəçisini transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Azərbaycanlı futbolçu Sadıq Baqiev Rusiyada klubunu dəyişib.
Matc.az xəbər verir ki, "Torpedo" SKA-nın (Xabarovsk) yarımmüdafiəçisini transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Moskva təmsilçisi 22 yaşlı dayaq yarımmüdafiəçisi ilə 3,5 illik müqavilə imzalayıb.
Qeyd edək ki, Sadıq Baqiev Azərbaycanın U-18, U-19 və U-21 milli komandalarının formasını geyinib. Gənc futbolçu mövsümün ilk yarısında SKA-nın heyətində keçirdiyi 19 oyunda 1 qol vurub, 1 qol ötürməsi edib.











_1768305565.jpg)
