13 Yanvar 2026, 14:27
FUTBOL
"Roma" hücum xəttini yeni oyunçu ilə gücləndirəcək.
Matc.az xəbər verir ki, "canavarlar" "Marsel"də çıxış edən Robinio Vajın keçidini həll edib. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Klublar arasında razılıq əldə olunub. "Roma" 18 yaşlı forvard üçün onun klubuna 25 milyon avro təzminat ödəyəcək.
Qeyd edək ki, Fransa U-20 millisinin üzvü olan Robinio Vaj bu mövsüm "Marsel"in heyətində keçirdiyi 19 oyunda 4 qol vurub, 2 qol ötürməsi edib.












_1768305565.jpg)