13 Yanvar 2026, 15:35
FUTBOL
PSJ Fabian Ruisin müqaviləsinin müddətini uzadacaq.
Matc.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Paris təmsilçisi "Qalatasaray"ın transfer siyahısında yer alan ispaniyalı yarımmüdafiəçi ilə razılıq əldə edib. Yaxşı günlərdə 29 yaşlı futbolçu klubla 2029-cu ilin 30 iyun tarixinə kimi nəzərdə tutulan sözləşmə imzalayacaq.
Qeyd edək ki, Fabian Ruis bu mövsüm PSJ-nin heyətində keçirdiyi 22 oyunda 2 qol vurub, 3 qol ötürməsi edib. Onun hazırlıq müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub.












