"Fənərbaxça"nın heyətində ciddi itki baş verib.

Matc.az xəbər verir ki, İstanbul nəhənginin müdafiəçisi Levent Mercan sıradan çıxıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Türkiyəli futbolçu "Qalatasaray"la keçirilən Super Kubok oyununda (2:0)zədələnib. 25 yaşlı sol cinah müdafiəçisi təxminən 6 həftə yaşıl meydanlardan uzaq qalacaq.

Qeyd edək ki, Levent Mercan bu mövsüm "Fənərbaxça"nın heyətində keçirdiyi 15 oyunda 5 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest