İtaliya millisinin sabiq hücumçusu Mario Balotelli karyerasını BƏƏ-nin "Əl-İttifaq" klubunda davam etdirəcək.

Matc.az xəbər verir ki, bu barədə məlumatı jurnalist Canluka Di Marsio yayıb.

Bildirilir ki, 35 yaşlı futbolçu Dubay klubu ilə 2,5 illik müqavilə imzalayacaq.

Balotellinin son klubunu 2025-ci ilin yayında ayrıldığı "Cenoa" olub. O, 2024/25 mövsümündə 6 oyunda meydana çıxıb, lakin fərqlənə bilməyib.

Qeyd edək ki, Balotelli Türkiyənin "Adana Demirspor", İsveçrənin "Sion", "Monza", "Breşiya", "Marsel", "Nitsa", "Liverpul", "Milan", "Mançester Siti" və "İnter" klublarında oynayıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest