Mert Günokdan sonra daha bir futbolçu "Beşiktaş"ı tərk edib.

Matc.az xəbər verir ki, İstanbul təmsilçisi Qabriel Paulista ilə yollarını ayırıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Braziliyalı futbolçu ailəvi səbəblərinə görə ölkəsinə qayıtmaq istəyib. "Qara qartallar" 35 yaşlı mərkəz müdafiəçisinin istəyinə müsbət cavab verib və onunla müqaviləyə xitam verilib.

Qeyd edək ki, Qabriel Paulista bu mövsüm "ağ-qaralar"ın heyətində keçirdiyi 17 oyunda 1 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest