“Espanyol”u çalışdıran Manolo Qonsales dekabr ayının yekunlarına əsasən İspaniya La Liqasında ayın ən yaxşı məşqçisi seçilib.

Matc.az xəbər verir ki, bu barədə turnirin rəsmi saytı məlumat yayıb.

“Espanyol” ötən ay 46 yaşlı mütəxəssisin rəhbərliyi altında İspaniya çempionatında keçirdiyi hər üç oyunda qələbə qazanıb. Komanda “Rayo Valyekano”ya 1:0, “Xetafe”yə 1:0 və “Atletik”ə 2:1 hesabı ilə qalib gəlib.

Hans Flik (“Barselona”) və Klaudio Xiraldəs (“Selta”) də mükafat üçün namizəd olublar.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest