06 Yanvar 2026, 18:52
FUTBOL
"Mançester Siti" və Portuqaliya millisinin mərkəz müdafiəçisi Ruben Dias əzələ zədəsi səbəbindən 4-6 həftəlik sıradan çıxıb.
Matc.az xəbər verir ki, bu barədə İngiltərə klubunun mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, Diasın bud əzələsindən zədəsi var. 28 yaşlı portuqaliyalı komandasının Çempionlar Liqasının Liqa mərhələsində "Bodo Qlimt" və "Qalatasaray"a qarşı oyununda iştirak etməyəcək.
Bu, "Mançester Siti"nin son günlərdə ikinci əhəmiyyətli müdafiə itkisidir. Daha əvvəl Yoşko Qvardiolun zədələnərək mövsümün qalan hissəsində oynaya bilməyəcəyi açıqlanmışdı.
Qeyd edək ki, Ruben Dias bu mövsüm "Mançester Siti"nin heyətində bütün yarışlarda 25 oyunda 2 qol vurub.











_1767799613.jpg)
