“Mançester Siti” “Uotford”da icarədə olan müdafiəçi Maks Alleyni vaxtından əvvəl geri çağırıb.

Matc.az xəbər verir ki, qərar komandanın müdafiə xəttində yaranan kadr problemləri ilə əlaqədardır. Bu barədə insayder Fabritsio Romano məlumat verib.

20 yaşlı futbolçu “Mançester Siti” akademiyasının yetirməsidir və daha əvvəl klubun gənclər komandalarında çıxış edib. Alleyn avqust ayında mövsümün sonunadək icarə əsasında “Uotford”a keçib. O, Çempionşip təmsilçisinin heyətində bütün turnirlərdə 17 oyunda iştirak edib.

İngiltərəlli müdafiəçinin geri qaytarılması Yoşko Qvardiolun zədələnməsi səbəbindən məcburi addım olub. Xorvatiyalı futbolçu İngiltərə Premyer Liqasında “Çelsi”yə qarşı 1:1 hesabı ilə başa çatan oyunda aldığı zədə üzündən bir neçə həftə yaşıl meydanlardan kənar qalacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest