06 Yanvar 2026, 11:59
FUTBOL
"Əl-Hilal"ın müdafiəçisi Joao Kanselo "Barselona"ya keçəcək.
Matc.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Artıq klublar arasında razılıq əldə olunub. Portuqaliyalı sağ cinah müdafiəçisi mövsümün ikinci yarısını icarə əsasında "Barselona"da davam etdirəcək. İspaniya klubu bunun üçün Səudiyyə Ərəbisstanı təmsilçisinə 4 milyon avro icarə haqqı ödəyəcək.
"Əl-Hilal" daha əvvəl Konselonun transferi üçün "İnter"lə anlaşmışdı. Lakin 31 yaşlı futbolçu 2023/2024 mövsümündə formasını geyindiyi "Barselona"da oynamağa üstünlük verib.








_1767799613.jpg)



