Moskva "Spartak"ının yeni baş məşqçisinin adına aydınlıq gəlib.

Matc.az xəbər verir ki, paytaxt təmsilçisini Xuan Karlos çalışdıracaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

İspaniyalı mütəxəssislə 2028-ci ilin 30 iyun tarixinə kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Qeyd edək ki, Xuan Karlosun son iş yeri "Pafos" olub. 52 yaşlı məşqçi iki gün əvvəl Kipr klubundan ayrılıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest