04 Yanvar 2026, 22:28
FUTBOL
"Real"ın hücumçusu Vinisius Junior artıq 18 oyundur qol vura bilmir və onun son qolu oktyabrın birinci yarısına təsadüf edib.
Matc.az xəbər verir ki, braziliyalı futbolçu "Betis"lə oyunda da fərqlənə bilməyib və final fitindən dərhal sonra paltardəyişmə otağına yollanıb.
Bildirlir ki, oyundan sonra azarkeşlər Vinisiusu fitə basıb və futbolçu buna reaksiya olaraq tribunaya yaxınlaşmayıb.
Bu vəziyyət vingerin psixoloji durumu və forması ilə bağlı müzakirələrin artmasına səbəb olub. Yaxın oyunlarda onun göstəriciləri xüsusi diqqətlə izlənəcək.




_1767623027.jpg)







