"Real"ın və PSJ-nin sabiq müdafiəçisi Serxio Ramos yenidən Liqa 1-ə qayıda bilər.

Matc.az xəbərr verir ki, bu barədə məlumatı "Footmercato" yayıb.

Bildirilir ki, "Paris" Ramosun "Nitsa" ilə danışıqlarının pozulmasından sonra tanınmış ispaniyalı müdafiəçiyə maraq göstərib. Lakin futbolçunun özü paytaxt klubunun layihəsinə o qədər də inanmadığı üçün "daha iddialı" klublara üstünlük verir.

39 yaşlı Ramosun son klubu Meksikanın "Monterrey"i olub. O bu komandadan ötən ilin dekabr ayının əvvəlində ayrılıb.

Qeyd edək ki, Ramos İspaniya millisində ən çox oyun keçirən futbolçu rekorduna sahibdir.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest