Türkiyə Superliqasında çıxış edən "Eyüpspor" klubu baş məşqçisi Orhan Akla yollarını ayırıb.

Matc.az xəbər verir ki, bu barədə İstanbul klubunun mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, tərəflər arasında keçirilən görüşdən sonra müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib. Klub rəsmi açıqlamasında 46 yaşlı mütəxəssisə göstərdiyi xidmətlərə görə təşəkkür edib və gələcək karyerasında ona uğurlar arzulayıb.

Qeyd edək ki, Selçuk Şahinin istefasından sonra komandanı çalışdırmağa başlayan Orhan Ak bu vəzifədə cəmi 11 oyun keçirib. İstanbul təmsilçisi bu matçlarda 3 qələbə qazanıb, 2 heç-heçə edib və 6 dəfə məğlubiyyətə uğrayıb.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest