İstanbulun “Fənərbaxça” komandası orta sahəni gücləndirmək üçün “Latsio”nun futbolçusu Matteo Genduzi rəsmi təklif göndərib.

Matc.az xəbər verir ki, mövsümün ikinci yarısında heyətini möhkəmləndirmək istəyən “Fənərbaxça” transfer çalışmalarını sürətlə davam etdirir.

Klub Kristofer Nkunku, Ademola Lookman və Alexander Sörlot kimi oyunçularla yanaşı orta sahəyə də alternativlər axtarır.

İtaliya mətbuatında yayılan xəbərlərə görə, “Fənərbaxça” “Latsio”da çıxış edən 26 yaşlı fransız yarımmüdafiəçi Matteo Genduzi üçün rəsmi təklif təqdim edib.

Genduzi 2024-cü ildə Marseldən “Latsio”ya keçib və 109 oyunda 6 qol, 10 asistlə yadda qalıb. Onun 2028-ci ilə qədər müqaviləsi mövcuddur.

Matteo Genduzi üçün “Latsio”ya təqdim olunan məbləğ 14 milyon avrodur (təxminən 24 milyon AZN) və bu təklif klubun orta sahə transfer siyasətində əhəmiyyətli addım sayılır.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest