23 Dekabr 2025, 00:17
FUTBOL
Franko Mastantuono yanvar ayında "Real"dan ayrılacaq.
Matc.az xəbər verir ki, bu barədə "Calciomercato" məlumat yayıb.
Argentina millisinin üzvü dünya çempionatı öncəsi daha çox forma şansı qazana biləcəyi bir kluba icarəyə verilməyini istəyir. "Kral klubu" 18 yaşlı vingerin istəyinə müsbət cavab verib. Gənc futbolçu mövsümün ikinci yarısını başqa klubda keçirəcək.
Qeyd edək ki, Franko Mastantuono bu mövsüm "Real"ın heyətində keçirdiyi 14 oyunda 1 qol vurub, 1 qol ötürməsi edib.












