"Monako"nun heyətində ciddi itki baş verib.

Matc.az xəbər verir ki, "knyazlıq" təmsilçisinin aparıcı üzvlərindən olan Takumi Minamino sıradan çıxıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Yaponiyalı vinger Fransa Kubokunun 1/32 final mərhələsinin “Oser”lə matçında (1:2) ağır zədə alıb. 30 yaşlı futbolçunun tibbi müayinəsi onun ön çarpaz bağının qopduğunu üzə çıxarıb. Bərpa prosesi ən azı 6 ay çəkəcək.

Beləliklə, oyunçu 2025/26 mövsümünün tamamını və 2026-cı il dünya çempionatını buraxacaq.

Takumi Minamino cari mövsümdə “Monako”nun heyətində 21 oyunda iştirak edib, 4 qol vurub və 3 məhsuldar ötürmə edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest