"İlk qolda səhvimiz var idi. İkinci qol gözəl ötürmə sonrası oldu. Buraxdığımız səhvlər var idi".

Azərbaycan Premyer Liqasının XVI turunun “Sumqayıt” – “Sabah” oyunundan (1:3) sonra meydan sahibi komandanın məşqçisi Veliçko Kaplanoviç jurnalistlərin suallarını cavablandırdı.

Matc.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşdü…

–  “Sabah”ı təbrik edirəm. Layiqli qələbə qazandılar. Səhvlərimizi bağışlamadılar. İkinci hissədə yaxşı oynamağa çalışdıq. “Sabah” kimi komandalara 90 dəqiqə yüksək keyfiyyətdə oynamalısan.

– Səhvlər nə ilə bağlı idi? “Sabah”ın “Qarabağ”ı məğlub etməsi futbolçularda çəkingənlik yaratmışdı?

– Belə düşünmürəm. İlk qolda səhvimiz var idi. İkinci qol gözəl ötürmə sonrası oldu. Buraxdığımız səhvlər var idi. İkinci və üçüncü qollar sadə oldu. Gərək belə qollar buraxmayaydıq.

– Yankoviç gah ehtiyatda olur, gah əsas heyətdə meydana çıxır. Niyə?

– Hələ tam formaya düşə bilməyib. Çalışırıq ki, daha yaxşı olsun.

– Qışda hücumçu almaq gündəmdədirmi?

– Hücumçuya ehtiyacımız var. Amma indi olan budur. Rəhbərliyə istəyimizi çatdırmışıq. Amma qısa zamanda yaxşı hücumçu tapmaq çətindir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest