İbrahim Afellay PSV-nin baş məşqçisi Peter Boşun yeni köməkçisi təyin olunub.

Matc.az xəbər verir ki, niderlandlı mütəxəssis 2 il yarımlıq müqavilə imzalayıb. O, yanvarın 2-dən 6-dək Estepone şəhərində keçiriləcək qış təlim-məşq toplanışı zamanı məşqçilər korpusuna qoşulacaq.

Afellay futbol sahəsində zəngin təcrübəyə malikdir. 39 yaşlı keçmiş futbolçu 2004–2011 və 2019–2020-ci illərdə PSV-də çıxış edib, həmçinin “Barselona”, “Şalke”, “Olimpiakos” və “Stok Siti” klublarının formasını geyinib.

Niderland millisinin sabiq üzvü 2020/21 mövsümünün ortasında, 34 yaşında peşəkar karyerasını başa vurub.

Afellay PSV-yə gəlişindən əvvəl Niderlandın U-19 gənclər millisində baş məşqçinin köməkçisi kimi çalışıb, eyni zamanda “Feyenoord”un gənclər komandalarının məşqçilər heyətində yer alıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest