Məşhur karikaturaçı Omar Momani növbəti işini UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turunda Bakıda keçirilmiş “Qarabağ" – “Çelsi” matçına (2:2) həsr edib.

Matc.az xəbər verir ki, iordaniyalı sənətçi Azərbaycan çempionunun futbolçularının London klubunun simvolu olan şirlə döyüşdüyünü təsvir edib. Momani həmin mübarizəni bu cür şərh edib:

“Qarabağ" “Çelsi”yə qarşı ürəklə oynadı, güc və alov nümayiş etdirdi. Bu heç-heçə qələbə kimi hiss olundu”.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest