Böyük Britaniya kralı III Çarlz İngiltərə millisi və "Mançester Yunayted"in sabiq yarımmüdafiəçisi Devid Bekhemə cəngavərlik titulu verib.

Matc.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Bildirilir ki, mərasim Vindzor qəsrində baş tutub.

"Çox böyük qürur duyuram. İnsanlar mənim nə qədər vətənpərvər olduğumu bilirlər. Mən ölkəmi sevirəm. Həmişə monarxiyanın ailəm üçün nə qədər vacib olduğunu demişəm. Dünyanın hər yerinə səyahət etmək şansım olub və hər kəsin mənimlə danışmaq istədiyi şey monarxiyamızdır", - deyə Bekhem bildirib.

Qeyd edək ki, 50 yaşlı Bekhemin cəngavərlik titulu 13 iyunda, Böyük Britaniya hökumətinin rəsmi saytında III Çarlzın ad günü münasibətilə dövlət mükafatları alanların siyahısı dərc edildikdə elan edilib. Futbolçu idman və xeyriyyəçilik sahəsindəki xidmətlərinə görə cəngavərlik titulu və "Ser" fəxri adı ilə təltif edilib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest