04 Noyabr 2025, 18:17
FUTBOL
"Barselona"nın müdafiəçisi Andreas Kristensen növbəti dəfə zədələnib.
Matc.az xəbər verir ki, bu barədə məlumatı "Marca" yayıb.
Bildirilir ki, danimarkalı futbolçu komanda ilə məşqlərə başladıqdan bir gün sonra yenidən zədə alıb və məşqi erkən tərk etmək məcburiyyətində qalıb.
Kristensenin Belçika təmsilçisi "Brügge" ilə qarşıdakı Çempionlar Liqasının səfər oyununu buraxması ehtimalı var.
Qeyd edək ki, Kristensen bu mövsüm "Barselona"nın heyətində bütün yarışlarda 9 oyunda iştirak edib.












