04 Noyabr 2025, 09:52
                
                
                
                                FUTBOL 
                                
                
               
              
				 
 
"Barselona"nın hücumçusu Robert Levandovski qışda komandada ayrıla bilər.
Matc.az xəbər verir ki, bu barədə "Fichajes" nəşri məlumat yayıb.
La Liqa nəhəngi adı açıqlanmayan Səudiyyə Ərəbistanı klubundan 37 yaşlı futbolçu üçün 35 milyon avroluq təklif alıb.
"Barselona" Levaandovskiyə əvəzləyici tapsa, onu yanvar ayında satacaq. Kataloniya təmsilçisi yayda klubla müqaviləsi başa çatan polşalı forvardı pulsuz buraxmaq əvəzinə onun satışından pul qazanmağa isti yanaşır.
Qeyd edək ki, Robert Levandovski bu mövsüm "Barselona"nın heyətində keçirdiyi 10 oyunda 4 qol vurub.

            
 




_1762260863.jpg)





