04 Noyabr 2025, 14:11
                
                
                
                                FUTBOL 
                                
                
               
              
				 
 
“Yuventusun” yeni baş məşqçisi Lusiano Spalletti serbiyalı hücumçu Duşan Vlahoviçin gələcəyi ilə bağlı məlumat verib.
Matc.az "Football Italia"ya istinadən xəbər verir ki, italiyalı mütəxəssis 25 yaşlı forvardın komandada qalmaq istədiyini bildirib:
“Vlahoviçlə danışdım. O, mənə qalmaq istədiyini dedi. Duşan müqavilə barədə narahat deyil. Sadəcə futbol oynamaq istəyir”.
Qeyd edək ki, Duşan Vlahoviçin Turin təmsilçisi ilə müqaviləsi gələn ilin yayında başa çatır. O, cari mövsümdə "qoca sinyora"nın heyətində keçirdiyi 16 oyunda 7 qol vurub, 1 qol ötürməsi edib.

            
 










