Türkiyənin I Divizionunda çıxış edən "Serikspor" klubunun futbolçuları maaşlarının ödənilməməsi səbəbindən məşqə çıxmamaq qərarı alıblar.

Matc.az xəbər verir ki, bu barədə "Lider Antalya" məlumat yayıb.

Komandanın oyunçuları maaşlarını almaq üçün noyabr ayına qədər gözləyirlər, bundan sonra kluba müqavilələrini ləğv etmək barədə bildiriş göndərməyi planlaşdırırlar. Oyunçular səkkiz həftədir ki, maaşlarını ala bilmirlər.

Komandanın baş məşqçisi Sergey Yurandır. "Serikspor" I Divizionunda 10 turdan sonra 13 xalla 13-cü sırada qərarlaşıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest