Mark-Andre ter Ştegenin qışda "Barselona"dan ayrılacağı gözlənilir.

Matc.az xəbər verir ki, bu barədə "TBR Football" məlumat yayıb.

Almaniyalı qolkiper İngiltərə klublarının transfer siyahısında yer alıb. "Mançester Yunayted", "Tottenhem" və "Vest Hem" ter Ştegenin xidmətində maraqlıdır.

İspaniya klubu 33 yaşlı qolkiperin maaşının bir hissəsini ödəməkdən qurtulmaq üçün onun icarəyə vermək istəyir.

Qeyd edək ki, Mark-Andre ter Ştegen bu mövsüm "Barselona"nın heyətində rəsmi oyunlarda meydana çıxmayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest