"Real"ın hücumçusu Qonsalo Qarsiya karyerasını İtaliya A Seriyasında davam etdirə bilər.

Matc.az xəbər verir ki, bu barədə "Milanlive" məlumat yayıb.

"Milan" ispaniyalı futbolçunu transfer etmək istəyir. "Qırmızı-qaralar" 21 yaşlı forvardı yanvar ayında heyətinə qatmağa çalışacaq.

Qeyd edək ki, Qonsalo Qarsiya "Real"ın yetirməsidir. İspaniya U-21 millisinin üzvü bu mövsüm "kral klubu"nun heyətində keçirdiyi 14 oyunda 4 qol vurub, 2 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest