24 Oktyabr 2025, 19:10
FUTBOL
"Napoli"nin qapıçısı bu gün komanda məşqi zamanı ciddi zədə alıb.
Matc.az xəbər verir ki, bu barədə İtaliya çempionlarının mətbuat xidməti məlumat verib.
Həkimlər 28 yaşlı qapıçının sağ ayağında ikinci metatarsal sümüyünün sınığı aşkar ediblər. Qolkiperin dəqiq sağalma müddəti hələlik məlum deyil.
Xatırladaq ki, bu ilin iyun ayında Meret "Napoli" ilə müqaviləsini 2027-ci ilin yayına qədər uzadıb. Onun transfer dəyəri 18 milyon avro olaraq qiymətləndirilir.












