Luka Modriç mövsümün sonunda "Milan"dan ayrılacaq.

Matc.az xəbər verir ki, bu barədə "Diario Sport" nəşri məlumat yayıb.

Xorvatiyalı yarımmüdafiəçi sabiq klubu "Real"a qayıdacaq. La Liqa nəhənginin prezidenti Florentino Peres Modriçi kluba dəvət edib. 40 yaşlı oyunçu Madrid təmsilçisinin akademiyasında çalışacaq.

Qeyd edək ki, Luka Modriç yayda "Real"dan ayrıldıqdan sonra "Milan"a keçib. Xorvatiya millisinin üzvü "qırmızı-qaralar"ın heyətində keçirdiyi 7 oyunda 1 qol vurub, 1 qqol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest