İtaliyanın "Milan" klubunun heyətində ciddi itki baş verib.

Matc.az xəbər verir ki, yarımmüdafiəçi Adrien Rabyo sıradan çıxıb. Bu barədə "Lequipe" nəşri məlumat yayıb.

30 yaşlı futbolçu Fransa milli komandasının heyətində baldır əzələsindən zədə alıb. Təcrübəli oyunçu bir neçə həftə yaşıl meydanlardan uzaq qalacaq.

Qeyd edək ki, Adrien Rabyo bu mövsüm "Milan"ın heeyətində keçirdiyi 6 oyunda 1 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest