15 Sentyabr 2025, 00:02
TOP OYUNLARI
Kişi basketbolçular arasında Avropa çempionatında final oyunu keçirilib.
Matc.az xəbər verir ki, həlledici görüşdə Türkiyə və Almaniya yığmaları üz-üzə gəlib.
Qarşılaşmada Türkiyə millisi 88:83 hesabı ilə məğlub olaraq Avropa ikincisi olub.
Yunanıstan millisi isə Finlandiyaya 92:89 hesabı ilə qalib gələrək üçüncü olub.
Qeyd edək ki, hər iki qarşılaşma turnirə evsahibliyi edən Litvanın paytaxtı Riqa şəhərindəki "Ksiomi Arena"da baş tutub.












