"Yeni transferlərimiz də oldu. Düzdür, hələ komandaya uğunlaşa bilməyiblər. Buna isə müəyyən zaman lazımdır. Hazırda yeganə narahat olduğumuz məqam budur"
"Qəbələ" yoxlama oyununda "Sumqayıt"la 2:2 hesablı heç-heçə edib.
Matc.az xəbər verir ki, "qırmızı-qaralar"ın baş məşqçisi Kaxaber Sxadadze matçdan sonra klubun mətbuat xidmətinə açıqlama verib. Gürcü mütəxəssis hazırlıq prosesindən razı qaldığını bildirib:
“Buraxdığımız qollar öz səhvlərimizin nəticəsi idi. Gənc futbolçulara hələ təcrübə lazımdır. Oyunun sonuna yaxın ikinci mərkəz hücumçusuna şans verdik. Bu cür planlar hər zaman fikrimizdə olur. “Sumqayıt”la oyunda da bunu yoxladıq və nəticə etibarilə daha çox hücum şansımız yarandı. Hazırlıq prosesindən və futbolçularımızdan çox razıyam. Yeni transferlərimiz də oldu. Düzdür, hələ komandaya uğunlaşa bilməyiblər. Buna isə müəyyən zaman lazımdır. Hazırda yeganə narahat olduğumuz məqam budur”.