"Mançester Yunayted"in keçmiş futbolçusu Aksel Tuanzebe klubu tibb işçilərinin qeyri-peşəkar hərəkətlərinə görə məhkəməyə verib.

Matc.az xəbər verir ki, bu barədə "Talksport" məlumat yayıb.

Bildirilir ki, 27 yaşlı futbolçu "mankunianlılar"ı klinik səhlənkarlıqda, daha dəqiq desək, tibbi heyətin zədələrdən birinin sağalması ilə bağlı müəyyən tövsiyələrində ittiham edib.

Qeyd edək ki, Tuanzebe 2015-2023-cü illərdə "Mançester Yunayted"lə müqavilə imzalayıb, vaxtaşırı icarə əsasında - "Aston Villa", "Napoli" və "Stok Siti"də çıxış edib. Bu yay müdafiəçi azad agent vasitəsilə "Burnley"ə keçib.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest