07 İyul 2025, 21:38
FUTBOL
"Atalanta"nın müdafiəçisi Corcio Skalvini İngiltərə Premyer Liqasında çıxış edə bilər.
Matc.az xəbər verir ki, bu barədə "CaughtOffside" məlumat yayıb.
"Çelsi", "Mançester Yunayted" və "Nyukasl" italiyalı futbolçunu transfer etmək istəyir. A Seriyası klubu 21 yaşlı mərkəz müdafiəçisi üçün 60 milyon avro tələb edir.
Qeyd edək ki, Corcio Skalvini "Atalanta"nın yetirməsidir. İtaliya millisinin üzvü ötən mövsüm Berqamo təmsilçisinin heyətində 7 oyunda iştirak edib.