07 İyul 2025, 21:02
MPL
“Şamaxı” yeni mövsüm heyətini formalaşdırmaq üçün çalışmalarını davam etdirir.
Matc.az xəbər verir ki, Premyer Liqa təmsilçisi isveçrəli futbolçu Karim Rossini heyətinə qatıb. Bu barədə klubun mətbuat xidməti məəlumat yayıb.
31 yaşlı hücumçu ilə birillik müqavilə imzalanıb.
Xatırladaq ki, Rossi son olaraq İsveçrənin “Şaffhauzen” klubunda çıxış edib.