"Atletiko"nun futbolçusu Rodriqo De Paul karyerasını ABŞ-də davam etdirə bilər.

Matc.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Lionel Messinin formasını geyindiyi "İnter Mayami" argentinalı yarımmüdafiəçini transfer etmək istəyir. MLS təmsilçisi artıq 31 yaşlı oyunçunun klubu ilə danışıqlara başlayıb.

Qeyd edək ki, Rodriqo De Paul ötən mövsüm "Atletiko"nun heyətində keçirdiyi 53 oyunda 3 qol vurub, 10 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest