"Nyukasl"In futbolçusu Tino Livramento Premyer Liqada klubunu dəyişə bilər.

Matc.az xəbər verir ki, bu barədə İngiltərə mətbuatı məlumat yayıb.

"Mançester Siti" və "Liverpul" ingiltərəli sağ cihah müdafiəçisini transfer etmək üçün mübarizə aparır.

"Nyukasl" 22 yaşlı oyunçunu satmağa hazırdır. Onların tələb etdiyi məbləğ isə 100 milyon avrodur.

Qeyd edək ki, İngiltərə U-21 millisinin üzvü olan Tino Livramento ötən mövsüm "Nyukasl"ın heyətində 45 oyunda 1 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest