Braziliya millisinin və "İnter"in sabiq müdafiəçisi Lusio bədəninin müxtəlif nahiyələrində yanıqlar aldığı üçün xəstəxanaya yerləşdirilib və reanimasiyadadır.

Matc.az xəbər verir ki, bu barədə "La Gazzetta dello Sport" məlumat yayıb.

Bildirilir ki, 47 yaşlı futbolçu Braziliyada xəstəxanada müalicə olunur. Vəziyyəti stabildir, daimi nəzarətdədir. O, evdə məişət qəzası nəticəsində xəsarət alıb. Yanıqların dəqiq dərəcəsi və səbəbi barədə məlumat verilmir.

Qeyd edək ki, Lusio öz nəslinin ən yaxşı mərkəz müdafiəçilərindən idi. O, 2002 dünya çempionatının qalibi olan Braziliya millisinin əsas oyunçusu olub. 11 il ərzində o, millinin heyətində 105 oyun keçirib, 4 qol vurub. Lusio 2006-2011-ci illərdə də milli komandanın kapitanı olub. Braziliyalı 2005-ci ildə "İnter"lə Çempionlar Liqasının qalibi olub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest