İyunun 30-da klubu ilə müqaviləsi başa çatacaq "Real"ın yarımmüdafiəçisi 39 yaşlı Luka Modriç Madrid klubu ilə müqaviləsini uzatmaq üçün maaşını azaltmağa hazırdır.

Matc.az xəbər verir ki, bu barədə məlumatı "Marca" paylaşıb.

Bildirilir ki, Modriçin gələcəyi yaxın günlərdə xorvatiyalı futbolçu ilə İspaniya nəhənginin prezidenti Florentino Peres arasında keçiriləcək görüşdə müəyyənləşəcək. Modriçin məqsədi klublararası dünya çempionatı başlamazdan əvvəl (15 iyun) müqaviləsini tam həll etməkdir.

Qeyd edək ki, bu mövsüm Modriç bütün turnirlərdə 55 oyun keçirib, 4 qol vurub və 8 məhsuldar ötürmə edib. "Transfermarkt" portalında futbolçunun dəyəri 5 milyon avrodur.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest